Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

01.07.2020 - 15:44

“Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov deyib.

O qeyd edib ki, 8 nəfər müsahibədən mənfi cavab alıb: “2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub. Onlar da ən çox Türkiyəni seçib. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub”.

M.Həsənov əlavə edib ki, 9 yerli ali təhsil müəssisəsi də bu prosesə qoşulub: “Onlar da qarşılıqlı şəkildə xarici təhsil ocaqları ilə əməkdaşlıq edəcəklər”.

Sektor müdiri vurğulayıb ki, 4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb: “Digər ikisi üzrə də işlər yekunlaşmaq üzrədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930