Tramp milli qəhrəmanların heykəlləri olan park yaradacaq

05.07.2020 - 12:37

ABŞ Prezidenti Donald Tramp etirazlar zamanı vandallar tərəfindən bir çox abidələrin dağıdılmasından sonra milli qəhrəmanların heykəlləri olan parkın yaradılacağını elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Dövlət başçısı Raşmor dağındakı abidənin önündə çıxışı zamanı parkın açıq havada olacağını və burada yalnız ən böyük “keçmiş nəhənglər”in abidələrinin yerləşəcəyini vurğulayıb.

Xatırladaq ki, son həftələrdə ABŞ şəhərlərində irqçiliyə qarşı etirazlar abidələrin alçaldılmasına və məhv edilməsinə səbəb olub.

Aksiya iştirakçıları təkcə Konfederasiya xadimlərinin abidələrini deyil, eyni zamanda Amerikanı kəşf edən Xristofor Kolumbun, ABŞ-ın ilk prezidenti və qurucularından biri Corc Vaşinqtonun, habelə dövlət himninin müəllifi Frensis Skott Keyin də abidələrini məhv ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031