Hökumət COVID-19-la bağlı sahibkarlara müraciət etdi

16.10.2020 - 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.

Musavat.com-a daxil olan açıqlamada deyilir:

“Bütün dünyada, o cümlədən Azərbaycanda “Covid -19” virusuna yoluxma hallarının sürətlə artması, xüsusilə son günlərin statistikası xüsusi karantin rejiminin qaydalarında bəzi dəyişikliklərin edilməsi zərurətini yaradıb.

Sahibkarlıq fəaliyyətinə olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslər tam heyətlə işə cəlb edilir. Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır.

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:

Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;

Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156161

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930