Ağstafa Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib
Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinat olub.
Rayon İcra Hakimiyyətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, Qurbanov Şahhüseyn İmamqulu oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.
Şahhüseyn Qurbanov bu təyinata qədər Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
Short URL: https://www.cumhuriyyet.net/?p=164785