Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri ilə bağlı açıqlama

21.07.2021 - 23:44

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır. O həmçinin bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında mübahisələrin aradan qaldırılmasına və münasibətlərin normallaşmasına öz töhfəsini verməyə çalışır. Olduqca müsbət və konstruktiv açıqlamadır və Şarl Mişelin səmimiyyətinə inanaraq bu bəyanatın yerinə yetirilməsi imkanlarına baxaq.

Avropa İttifaqı ilə sıx təmasda olduğumuz son 30 ilin təcrübəsi göstərir ki, Aİ- ı adından elan olunan və irəli sürülən təklif və təşəbbüslər heç  də Aİ- nın bütün üzv dövlətləri tərəfindən dəstəklənmir. Bir çox hallarda isə ayrı-ayrı Aİ dövlətləri İttifaq səviyyəsində qəbul olunan qərarları sabotaj etməkdən belə çəkinmirlər. Azərbaycana və Türkiyəyə qarşı münasibətdə isə şimali Avropa ölkələri, o cümlədən Fransa və Almaniya xüsusilə qərəzli və qeyri-obyektiv davranışlar sərgiləyir. Bunu həm 30 illik işğal zamanı, həm Vətən müharibəsinin gedişində və həm də post- müharibə dövründə gördük. Nəticə ondan ibarətdir ki, Avropa İttifaqı nə qədər ümumbəşəri dəyərlərdən danışsa da onun real siyasəti bu dəyərlərə əsaslanmır və Avropanın guya bölgəmizdə sülh yaratmaq istəyinə etibar etmək və bunun bizim üçün zərərsiz olacağına inanmaq sadəlövhlük olardı. Avropa üçün ən böyük dəyər özünə lazım olan siyasi və iqtisadi dividendləri əldə etməklə həm də xristian həmrəyliyinə sadiq qalmaqdır. Məsələyə tərəfsiz və obyektiv baxış onu göstərir ki, Cənubi Qafqazda sülhün qarantı yalnız Azərbaycan və Türkiyə ola bilər. Türkiyədən başqa bütün digər beynəlxalq və regional güc mərkəzlərinin izlədiyi “xristian həmrəyliyi” siyasəti onların obyektiv və qərəzsiz yanaşmasına mane olur.

Cavanşir Feyziyev xarici KİV-lərə müsahibəsində Ermənistanın atəşkəs  rejimindən sui-istifadə aktını barbarlıq və hərbi cinayət adlandırıb -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belə bir şəraitdə  bütün dünya ilə əlaqələrimizi lazımi ölçülərdə tənzimıəməklə bərabər Türkiyə və digər türkdilli dövlətlərlə münasibətlərin daha da sıxlaşdırılması  və daha yüksək siyasi və iqtisadi səviyyəyə qaldırılması ilə Azərbaycan bütövlükdə bölgənin daimi söz sahibi ola bilər və inanıram ki, belə də olacaq.

Milli Məclisin deputatı Cavanşir Feyziyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930