Qazaxda COVID-19 infeksiyası ilə bağlı mobil qrup üzvləri tərəfindən keçirilən reydlər davam etdirilir – VİDEO

29.07.2021 - 19:35

Qazax rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Virus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır. Onlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah olunur.

Növbəti reyd Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən “Qazax Avtovağzal” ASC-nin qarşısında keçirilib. Reyd zamanı marşrut sürücülərinə və sərnişinlərə, rayon sakinlərinə tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, vaksinasiya olunmaq barədə COVID pasportunun olmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Onlar karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165481

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031