Qazaxda keçirilən toy mərasimlərində növbəti reyd aparılıb – VİDEO

29.07.2021 - 20:27
İyulun 28-də Qazaxda toy, nişan, ad günləri və sair kimi şənlik mərasimlərinin COVID-19 təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyət tələblərinə uyğun keçirilməsinə nəzarət məqsədilə növbəti reyd keçirilib.

Təşkil olunan reyd Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən aparılıb.

Rayon ərazisində fəaliyyət göstərən 2 şadlıq evində keçirilən reyd zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın toy mərasimlərinin təşkili ilə bağlı tələb və tövsiyələri diqqətə çatdırılıb. Şadlıq evlərində məclisə yalnız 150 nəfərin iştirakına icazə verilməsi, vaksinasiya olunmaq barədə COVID pasportunun olmasının vacibliyi bir daha qeyd edilib.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətində yaradılan operativ qərargahın üzvləri tərəfindən şadlıq evlərində və həyətlərdə təşkil olunan məclislərə mütəmadi olaraq nəzarət olunur. Keçirilən reydlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165499

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031