Şahruddin yenə “gündəmə” düşməyi bacardı…

29.10.2022 - 14:20

Avropa liqasında uğurla çıxış edən təmsilçimiz “Qarabağ” “Nant” səfərindən məğlub ayrıldı. Bu matçda “Qarabağ” bərabərə qalsaydı play-off mərhələsini təmin edəcəkdi. Heç-heçənin kifayət edəcəyi oyunda Şahruddin Məhəmmədəliyev yenə “gündəmə” düşməyi bacardı. Oyunun 16-cı dəqiqəsində Şahruddinin etdiyi “detski” səhv nəticəsində “Qarabağ” qapısında ilk qolu gördü. Ümumiyyətlə bu Şahruddinin ilk səhvi deyil. ”Şahruddin əla seyvlər edir” deyənlər də var düzdür, amma qapıçının işi top çıxarmaqdır da, topu qapıya salmaq deyil ki…

Şahruddin yaxşı oyunlar keçirib, amma bu o demək deyil ki, səhvi olanda göz yumulmalıdır. O halda göz yummaq olar ki, səhvlər az hallarda olur və ya nəticəyə təsir göstərmir. Düzdür, səhv etmək normal haldır. Amma hər dəfə səhvi edib ört-basdır etmək mənim fikrimcə normal hal deyil. Səhvlər olduqda səhvlərin üstündə işləyib, bir daha həmin səhvi etməməyə çalışmaq lazımdır. Edilən kobud səhvlərdən birinin nəticəsində “Qarabağ” UEFA Çempionlar Liqasının play-off mərhələsində “Viktoriya”-a məğlub olaraq Avropa Liqasına düşdü. İndi isə son turun nəticələrindən sonra “Qarabağ” Konfrans Liqasına düşə bilər. Ümid edək ki, bu baş verməyəcək və “Köhlən atlar Avropa Liqasında yoluna davam edəcək.

Nihat KƏRİMLİ

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184164

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930