“Yuventus” Alleqrinin taleyinə aydınlıq gətirib

01.05.2023 - 17:30

“Yuventus” baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gətirib.

Cumhuriyyet.az xəbər verir ki, İtaliya təmsilçisinin
maliyyə direktoru Françesko Kalvo təcrübəli mütəxəssislə yollarına davam edəcəyini açıqlayıb.

55 yaşlı Alleqrinin doğru yolda olduğunu bildirən klub funksioneri gedişatdan da razı qaldığını deyib: “O, 4 illik müqavilə imzalayıb və bu layihənin həyata keçirilməsinin yarısına belə getməyib. Biz baş məşqçimizin işindən razıyıq və onunla bağlı heç bir müzakirə aparmırıq”.

Qeyd edək ki, 2021-ci ildən Turin klubuna rəhbərlik edən Alleqri ilə komanda bu mövsüm 48 matçda iştirak edərək, 25 qələbə, 9 heç-heçə və 14 məğlubiyyət alıb. “Ağ-qaralar” A seriyasında 32 matçdan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031