Prezidentin köməkçisi: “Görəcəyimiz işlər çoxdur”

10.12.2018 - 12:23

 

“Son yarım əsr dünyada kənd təsərrüfatı sahəsi üçün çox ciddi yeniləşmə dövrü olub”.

Unikal.org xəbər verir ki, bunu ölkə prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda (“AgTech and Green Energy”) deyib.

Onun sözlərinə görə, hazırda aqrar sektor daha çox inkişaf etmiş ölkələrdə formalaşıb: “Təsadüfi deyil ki, bu gün dünyada ərzaq məhsullarının əsas ixracatçıları qismində məhz inkişaf etmiş ölkələr çıxış edir”.

“Ötən əsrin 60-70-ci illərində beynəlxalq leksikona “Yaşıl inqilab” anlayışı daxil oldu. Onun əsas komponentləri yeni bitki növlərinin yaradılması, aqrar sektorda mütərəqqi sistemlərdən istifadə, bu sahənin sənayeləşdirilməsi hesab edilir. Qeyd edilən istiqamətlər üzrə Azərbaycanda ciddi addımlar atılsa da, kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur”, – deyə A.Əmiraslanov bildirib.

O həmçinin rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqinin vacibliyini vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930