Avtomobil bahalaşacaq, neft ucuzlaşacaq – Ekspert

17.12.2018 - 13:09

İqtisadçı ekspert Vüqar Bayramov iqtisadiyyatda gözlənilən bəzi dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb.

Strateq.az xəbər verir ki, ekspert gələn il avtomobillərin qiymətindəki artımın sürətlənəcəyini qeyd edib:

“Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq. Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə, gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur. Dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir. Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir”.

V.Bayramov daha sonra dünya enerji bazarındakı son durumu təhlil edib və gözləntilərini açıqlayıb:

“OPEK + neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı “qara qızılın” qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır. Belə görsənir ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır. Son 2 ayda Brent markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq, şist neft hasilatında da artımlar var. Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq, gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər. Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq. Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barrelinin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930