Çin və İtaliya rəhbərləri İlham Əliyevin yeni layihəsini dəstəklədilər

28.03.2019 - 01:07

Çin Xalq Respublikasının sədri Si Cinpinin İtaliyaya rəsmi səfəri Azərbaycan üçün sensasiyalı hadisə ilə yadda qaldı. Si Cinpin və İtaliyanın baş naziri Cuzeppe Konte arasında hökumətlərarası sazişlərin imzalanması mərasimində Azərbaycan mediasının o qədər də diqqət yetirmədiyi ikitərəfli sənədlər paketi imzalandı. Bir tərəfdən onları başa düşmək olar – bizdən uzaq olan ölkələr azərbaycanlı oxucu üçün tamamilə maraqlı olmayan siyasi, iqtisadi və ictimai həyatın müxtəlif aspektləri ilə bağlı öz aralarında razılaşırlar. Amma digər tərəfdən, imzalanmış sənədlərin arasında biri də var ki, onu Azərbaycan üçün həqiqətən sensasiyalı adlandırmaq olar, çünki o, yeni “əsrin müqaviləsi”nin bünövrəsi olacaq, amma qeyri-neft sektorunda.

Bəli, vicdan əzabı çəkmədən demək olar ki, Romada Çin lideri və İtaliya baş nazirinin iştirakı ilə Azərbaycanda yeni “əsrin müqaviləsi”nin, amma, artıq qeyd etdiyimiz kimi, qeyri-neft sektorunda, təməlini qoyan bir saziş imzalandı. Söhbət Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yenidən qurulmasından və Gəncə şəhərində 1,17 milyard dollar dəyərində yeni bir metallurgiya zavodunun tikintisindən gedir. Ölkənin qeyri-neft sektoru indiyədək belə investisiyaları görməyib və nəzərdə tutulan işin miqyası Azərbaycanın metallurgiya sənayesində yeni inqilabın başlanğıcı barədə danışmağa imkan verir. Saziş Çin şirkəti CAMC Engineering Co Ltd. və İtalyanın Danieli & C. Officine Meccaniche S.p.A şirkətinin rəhbərləri Luo Yan və Janpietro Venedetti tərəfindən imzalanıb.

Oxucuda haqlı sual yarana bilər: nə üçün Azərbaycan layihələrinin taleyi Romada digər ölkələrin liderləri və biznes şirkətləri tərəfindən həll olunur? Amma kimlər ki, Azərbaycanda iqtisadi layihələrin reallaşdırılmasının gedişini diqqətlə izləyir, sözsüz, anlayacaqlar ki, bu təsadüf və ya hətta səhv deyil. Ölkənin metallurgiya sferasının ikinci həyatına nəfəs vermək barədə qərar çoxdan verilib və onun inkişafının konkret planları dövlət başçısı tərəfindən təsdiq edilmiş ölkə iqtisadiyyatının inkişafının Strateji yol xəritələrində əks olunub. Və burada həlledici rol bu sahənin öncülü olan Azərbaycan şirkəti Baku Steel Company-yə verilib.

İlham Əliyev Rasim Məmmədovun zavodunun açılışında

Və şirkət addımbaaddım qarşısına qoyulmuş vəzifələri həll edir. Baku Steel Company-nin rəhbərliyi hələ 2017-ci ilin noyabrında China CAMC Engineering Co Ltd və Danieli & C. Officine Meccaniche S.p.A şirkətlərinin nümayəndələri ilə danışıqlar apardı. Uzun məsləhətləşmələrin və gərgin danışıqların gedişatında Sumqayıt şəhərində metallurgiya kompleksinin tikinti layihəsinin maliyyələşdirilməsi məsələsi müzakirə edilirdi, hansının ki, tikintisi artıq 2018-ci ildə başlanmalı idi. 5 zavodun tikintisini, həmçinin Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bərpasını əhatə edən müqavilə isə italyan şirkəti Danieli ilə hələ 2016-cı ildə bağlanıb.

Virtualaz.org-un artıq qeyd etdiyi kimi, Sumqayıt kompleksində, bir-birinin ardınca yeni zavodlar istismara verilir, köhnə istehsalat obyektləri yenidən qurulur. 2016-cı il dekabr ayının sonunda Danieli & C Officine Meccaniche S.p.A və Baku Steel Company arasında imzalanan müqavilənin həyata keçirildiyi göz önündədir. Bu razılaşma beş zavodun daxil olacağı yeni Sumqayıt metallurgiya kompleksinin yaradılmasını nəzərdə tutur. Bu layihəyə investisiyaların qiymət həcmi onda 1,225 milyard idi. Bu böyük metallurgiya kompleksinin layihə gücü 1,7 milyon ton hazır məhsul təşkil edir.

Və budur, indi demək olar ki, təxminən eyni məbləğdə – 1,17 milyard dollarlıq yeni müqavilə imzalanıb. Və qoy onu Bakıda yox və Azərbaycan tərəfinin iştirakı olmadan imzalayıblar. Belə bir böyük layihənin reallaşdırılması Azərbaycan iqtisadiyyatının modernləşdirilməsini təmin edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticəsidir. Pekin və Roma isə layihənin arxasında kimin durduğunu və onun təşəbbüskarının kim olduğunu dəqiq bilirlər-təbii ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevdir.

Layihənin əhəmiyyəti barədə həqiqətən də çox danışmaq olar. Azərbaycan uzun illərdir ki, öz böyükmiqyaslı metallurgiya kompleksinə ehtiyac duyur, qapalı istehsal dövrü qurmaq üçün burada bütün imkanlar var. Vaxtilə qara və əlvan metallurgiya sənayesi ilə məşhur olan ölkə indi bu məhsulları əsasən idxal edir. Dəmir filizinin, boksit və başqa xammal komponentlərinın zəngin ehtiyatlarına malik ola-ola, biz az qala metal məmulatlarının xalis idxalatçısına çevrilmişik. Öz xammal ehtiyatlarımızdan istifadə etməklə biz, son vaxtlar Prezident İlham Əliyevin zəruriliyini vurğuladığı idxalı əvəzetmə problemini, demək olar ki, tamamilə həll edə bilərik. Bu, yeni iş yerlərinin açılması və ölkənin ixrac potensialının genişləndirilməsi baxımından da çox vacib layihədir.

Elnur Məmmədov, Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930