MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də…

20.05.2019 - 23:35

SONY DSC

“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” hesabından  paylaşdığı yazıda bildirib.

“AzPolitika.info”nun məlumatına görə, ekspert MDB ölkələri ilə müqayisə apararaq, bu qənaətə gəlib. Onun sözlərinə görə MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür: “Diqqət edin demək olar ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir.

Amma buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128398

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930