Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycanın hesabına ödəməyə başlayıb

22.07.2019 - 15:05

İyul ayının 1-dən etibarən Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalı həyata keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) rəsmi saytında bildirilib.

İyulun əvvəlindən 18-dək qonşu ölkə Azərbaycandan 41,1 mln kilovatt/saat elektrik enerjisi tədarük edib.

Ötən ilin iyul ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1,16 mln kilovatt/saat təşkil edib. Onun da 1,14 mln kilovatt/saatı Azərbaycanın payına düşür, qalan həcmi isə – 17,73 min kilovatt/saat elektrik enerjisini Gürcüstan Rusiyadan idxal edib.

İyul ayında qonşu ölkə adətən elektrik enerjisi ixrac edir, idxal isə təxminən sıfıra bərabər olur.

Hazırda Azərbaycandan həyata keçirilən idxal Gürcüstandakı SES-lərdə aşağı istehsal və elektrik enerjisinin istehlakının artması ilə əlaqədardır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129991

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930