Neftdən və qazdan Azərbaycan 144 milyard dollara yaxın gəlir əldə edib

08.08.2019 - 20:04

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib. Bu gün avqustun 8-də Fondun yaydığı açıqlamada belə bildirilir. Gəlirin 5.16 milyard dolları bu il əldə olunub.

Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146.069 milyard dollar gəlir əldə edib.

Bu il iyunun 30-na olan məlumata görə, Fondun aktivləri 42.464 milyard ABŞ dollarına bərabərdir. (Virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930