IMF qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib

16.10.2019 - 16:57

855da6f2c982511Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) 2019-2020-ci illər üzrə qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib.

“APA-Economics”in IMF dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, Fond 2019-cu il üzrə dünya iqtisadiyyatının 3%, 2020-ci ildə isə 3,4% artacağını proqnozlaşdırır. Halbuki bundan öncə IMF qlobal ÜDM-in artım tempinin müvafiq olaraq 3,2% və 3,5% təşkil edəcəyini proqnozlaşdırırdı.

Fondun hesabatında qeyd olunub ki, 2019-cu ildə gözlənilən 3%-lik artım qlobal maliyyə böhranından etibarən ən aşağı göstəricidir: “Bu, 2017-ci ildəki 3,8%-lik göstəriciyə nisbətən ciddi bir azalmadır. Bunun əsas səbəbləri ticarət maneələrinin artması, ticarət və geosiyasət mövzusunda artan qeyri-müəyyənlikdir”.

Yavaşlamanın səbəbləri sırasında həmçinin inkişaf etmiş iqtisadiyyatlarda aşağı məhsuldarlıq artımı və əhalinin qocalması da yer alır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134709

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930