Hacıqabulda zavod açılacaq

09.12.2019 - 15:49

Bu gün Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı zavodunun təməli qoyulacaq.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sözügedən layihə Rusiya tərəfi ilə müştərək icra olunur və təməlqoyma mərasimi Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirakı ilə keçiriləcək.

Baş Nazirin müavini həmçinin əlavə edib ki, Rusiyanın nümayəndə heyəti ötən il Azərbaycanda təməli qoyulmuş QAZ avtomobillərinin yığımı zavoduna da baş çəkəcək.

“Bu zavodun təməli cari ilin fevral ayında qoyulub və düşünürəm, zavod gələn ilin birinci rübündə artıq fəaliyyətlə başlayacaq”, – deyə Ş. Mustafayev qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930