SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11.12.2019 - 16:53

SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında anlaşma memorandumu imzalanıb.

STP-dən “Cümhuriyyət”ə verilən məlumata görə, memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan  Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır.

Respublikanın neft-qaz sənayesində müasir texnoloji nailiyyətlərin tətbiqi imkanlarını daim diqqət mərkəzində saxlayan SOCAR bu sahədə həm yerli, həm də beynəlxalq arenada  iri miqyaslı layihələr və əməkdaşlıq proqramlarının reallaşdırılmasında aparıcı mövqe tutan iri tərəfdaşlardan biridir. Şirkət yerli istehsalat sahələrinin inkişafı və ölkənin yerli kadr potensialından istifadə edilməsində hər zaman maraqlı olduğunu ifadə edir. Bu məqsədlərə nail olmaq və neft-qaz avadanlıqlarının texniki imkanlarının inkişaf etdirmək istiqamətində reallaşan addımlardan biri də SOCAR və STP arasında imzalanan memorandum olub.

Sənədə əsasən neft-qaz yataqlarının istismarı sahəsində böyük təcrübəyə və yüksək ixtisaslı personala malik olan  SOCAR  neft-qaz hasilatı imkanlarının optimallaşdırılması istiqamətində qazma və qoruyucu boru xətləri, dövredici və digər avadanlıqların quraşdırılması, sökülməsi, təmir və texniki qulluq göstərilməsi, təzyiq sınaqları və təftiş işlərinin aparılması məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı nəzərdə tutur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031