Azərbaycan yanvarda 4 mln. dollarlıq metanol ixrac edib
Bu ilin yanvar ayında Azərbaycan 39 483,6 ton metanol (metil spirti) ixrac edib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ölkədən ixrac edilən metanolun dəyəri 3 948,36 min ABŞ dolları təşkil edib.
Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,8% təşkil edib.
Bundan başqa, ötən ay Azərbaycan 3 448,27 min dollar dəyərində 21 960,3 ton azot gübrəsi ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında azot gübrəsinin payı 2,45% təşkil edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=142944