Dünya iqtisadiyyatı koronavirusa görə 5 trln. dollar itirəcək

09.04.2020 - 14:55

Yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2 il ərzində 5 trln. ABŞ dollardan çox olacaq.

“APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” ekspert qiymətləndirmələrinə istinadən xəbər verir.

Məlumata əsasən, dünya ötən əsrin 30-cu illərindən bəri sülh şəraitində ən dərin tənəzzül dövrünə daxil olur. Virus səbəbi ilə ölkə hökumətləri fərdi sahibkarlara işlərini dayandırmağı, insanlara isə evdə qalmalarını tövsiyə edib. Tənəzzülün qısamüddətli olacağı proqnozlaşdırılsa da, ölkə iqtisadiyyatlarına güclərini bərpa etmək üçün vaxt tələb olunacaq.

“Citigroup” bankının baş iqtisadçısı Ketrin Manın fikrincə, qlobal iqtisadiyyata vurulan zərər 5 trln. dolları keçəcək.

“JPMorgan Chase” bankının mütəxəssisləri bu göstəricinin 5,5 trln. dollar səviyyəsində olacağını düşünür. Onların fikrincə, inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 2008-2009-cu və 1974-1975-ci illərdə qeydə alınan səviyyədə olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=145003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930