Neftin qiymətinin 150 dollara qalxacağı gözlənilir ANALİTİKLƏRİN HESABLAMALARI

10.07.2020 - 11:59

Neftin qiymətinin 2025-ci ilə qədər hər barrel üçün 150 dollara qalxa bilər.

Virtualaz.org “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu barədə analitiklərin proqnozunda deyilir.

“Northern Trace Capital” şirkətinin investisiya direktoru Trevor Vuds hesab edir ki, gələcəkdə neft hasilatına investisiyaların azalması gözlənilir. Bu maliyyə təzyiqlərinə görə neftin qiymətinin 2025-ci ildə 150 dollara qalxması gözlənilir.

“JPMorgan” bankından analitik Kristian Malek də bu proqnozla razılaşır, qeyd edir ki, hasilata yatırımların azalması nəticəsində hasilatın həcmi də azalacaq. Belə olan halda neft bazarında tələb və təklif arasında balansı saxlamaq üçün əhəmiyyətli yatırımlar tələb olunacaq, nəticədə neftin qiyməti də artacaq.

Bununla belə digər analitiklər hesab edirlər ki, ilin əvvəllərində neftə olan tələbatın kəskin tərəddüdləri hələ bir müddət sabitləşməyəcək, bu səbəbdən aşağı qiymətlər qalmaqda davam edəcək.

Hazırda neftin qiyməti 42 dollara yaxındır və bu, ilin əvvəlləri ilə müqayisədə xeyli yuxarı qiymətdir. Belə ki, mart-aprel ayında neftə tələbat kəskin aşağı düşüb, nəticədə aprel ayında ABŞ nefti hətta mənfi 40 dollara satılmışdı. Azərbaycan neftinin qiyməti isə 14 dollara qədər geriləmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930