Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir: “Bank BTB” iflas ərəfəsində

30.07.2020 - 09:06

“Bank BTB” 2020-ci ilin birinci yarısının 107 min manat məbləğində zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərini (5.8 milyon manat) nəzərə alsaq, bank 5.9 milyon manat ziyandadır. Pravda.az-ın əldə etdiyi məlumata görə, 30 iyun 2020-ci il tarixinə bankın aktivləri 360.2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 91.4 milyon manat artımdan xəbər verir. Xalis kredit portfeli təxminən 79 milyon manat artaraq 209.9 milyon manata çatıb.
Maliyyə göstəricilərini təhlil edəndə məlum olur ki, 214.4 milyon manat olan ümumi kredit portfelinin 12.4%-i və ya 26.6 milyon manatı təminatsızdır ki, bunun 11.6 milyon manatı biznes, 14.6 milyon manatı istehlak kreditlərinin payına düşür.
Yeri gəlmişkən, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyon manatdan artıq ehtiyat yaratmağa məcbur olub. Bankın depozit portfeli ilin əvvəlindən 44 milyon manat artaraq 134.4 milyon manata çatıb. Bankın nizamnamə kapitalı 66.45 milyon manat olaraq qalıb, məcmu kapitalı (requlyativ norma – 50 milyon manat) isə 62.1 milyon manat.
Qeyd: “Bank BTB” ASC-nin səhmdarları barədə açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151294

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930