Gələn il Neft Fondundan dövlət büdcəsinə 12,2 milyard manat yönəldiləcək

03.09.2020 - 11:26

Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. 

Musavat.com Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına əsasən məlumat verir ki, gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 milyard 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.

2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520,5 milyon manat məbləğində proqnozlaşdırılır. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

Sənəddə qeyd olunur ki, ölkənin neft ehtiyatlarının təbii tükənməsi, habelə dünya iqtisadiyyatının ənənəvi karbohidrogen resurslardan asılılığının azalması, eləcə də «yaşıl» iqtisadiyyatın yaranması səbəbindən neft gəlirlərinin və valyuta daxilolmalarının tədricən azalması gözləniləndir. Belə olan şəraitdə, növbəti illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi mərhələlərlə azaldılaraq qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına təmin edilməsi nəzərdə tutulur

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930