Neftin ucuzlaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,56% azalaraq 1 barelə görə 42,92 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,48% azalaraq 41,50 dollar təşkil edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=156404