AMB sədri: “İstehlak kreditlərinin restruktizasiyası üzrə müraciətlərin 87%-i icra olunub”

30.10.2020 - 14:44

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən prudensial tədbirlər ilin sonuna qədər uzadılıb. Tədbir üzrə ilkin müəyyən olunmuş tarixədək (sentyabrın 30-na) 1,4 mlrd. məbləğində kreditlərin restrukturizasiyası üzrə müraciətlər icra edilib.

“APA-Economics”in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu müraciətlərin biznes kreditlər üzrə 88%-i, istehlak kreditləri üzrə isə 87%-i tam icra olunub. İstehlak kreditləri üzrə restrukturizasiya 111 mln. manat, biznes kreditləri üzrə isə 87 mln. manat təşkil edir.

E. Rüstəmov qeyd edib ki, 103 mln. manat dəyərində ipoteka kreditlərinin restrukturizasiyası üzrə 1 800 müraciətin 31 mln. manatlıq hissəsi icra olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930