AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır

30.10.2020 - 15:21

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının azalması gözlənilmir, əksinə, artım baş verə bilər.

“APA-Economics”in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov deyib.

“Bizim proqnozumuza görə, bankın rəsmi valyuta ehtiyatları stabil qalacaq və yaxud bir qədər artacaq”, – deyə AMB sədri qeyd edib.

Bank sektorunun mövcud vəziyyətinə toxunan E. Rüstəmov bildirib ki, bankların portfelinin vəziyyətini təhlil etmək üçün geniş həftəlik monitorinqlər aparılır və situasiya mart ayında keçirilmiş stress-testlərin nəticələrindən, yəni proqnozlaşdırılandan daha yaxşıdır. E. Rüstəmov əlavə edib ki, bu barədə növbəti həftə əlavə açıqlamalar veriləcək.

Sədr qeyd edib ki, COVID-19 pandemiyası şəraitində bank sektorunda və xüsusən istehlak kreditlərində pisləşmə var və bu, normaldır, lakin bank sektorunun ikiqat kapital buferi sayəsində pandemiya bankların maliyyə vəziyyətinə təsir göstərmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156755

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30