ABŞ-dakı seçkilər ərəfəsində qızılın qiyməti “dondu”

03.11.2020 - 15:30

Bu gün keçirilən hərraclarda qızılın qiymətlərində əhəmiyyətli dəyişiklik yoxdur. Belə ki, ABŞ-dakı seçkilərin nəticələrini gözləyən bazar iştirakçıları sərmayə qoymağa tələsmir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 9.21-ə olan vəziyyətə görə, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyüçrsləri cəmi 0,02 faiz bahalaşaraq 1 892,95 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,5 faiz bahalaşaraq 24,152 dollardan satılıb.

Ekspertlərin fikrincə, sərmayədarlar bugünkü seçkilərdə qalibin müəyyənləşməsinin çox uzana biləcəyindən narahatdır. Bu fikri “Reuters”lə bölüşən “OCBC Bank”ın iqtisadçısı Houi Lee (Howie Lee) deyib ki, belə olan halda dollar bahalaşacaq və müvafiq olaraq qızıl qısamüddətli perspektivdə ucuzlaşacaq.

Həmçinin “ED & F Man Capital Markets”ın eksperti Eduard Meir (Edward Meir) də ABŞ iqtisadiyyatı üçün yeni maliyyə təkanlarının olmaması üzündən qızıl qiymətlərinin təzyiq altında olduğunu qeyd edib. Belə ki, Donald Tramp yenidən seçilsə, yeni dəstək tədbirləri planının qəbulu uzana bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930