“Yüngül karantin” Almaniyaya 20 milyarda yaxın zərər vuracaq

05.11.2020 - 16:25

Almaniyada noyabrın 2-dən başlayaraq 1 ay davam edəcək yüngül karantin tədbirləri ölkə iqtisadiyyatına 19,3 milyard dollar zərər vuracaq.

Musavat.com xəbər verir ki, bu hesablamanı Berlində yerləşən Alman İqtisadi Tədqiqatlar İnstitutu(DIW) aparıb.

DIW ekspertlərinin proqnozlarına görə, ən böyük itkiyə qastronom və mehmanxana biznesi məruz qalacaq – 5.8 milyard avro. Bu, onların rüblük iqtisadi göstəricilərinin 55 faiz azalması nəticəsində baş verəcək.

İdman, mədəniyyət, əyləncə sahəsində çalışan şirkətlər 2,1 milyard avro, ticarət müəssisələri isə 1,3 milyard avro itirəcəklər. Almaniyanın sənaye istehsalında itkilərin həcmi 5,2 milyard avroya çatacaq.

Yüngül karantinin Almaniyaya daha bir mənfi təsiri işsizliyin artması olacaq. DIW-in proqnozlarına əsasən 2020-ci ilin dördüncü rübündə Almaniyada 100 min nəfərə yaxın insan iş yerini itirəcək. Bu zaman natamam iş günü işləyənlərin sayı 400 min nəfər artmaqla 3,2 milyona çatacaq.

Kölndə yerləşən Alman İqtisadiyyatı İnstitutunun (IW) hesablamalarına görə isə 2020-ci ilin yekununda ölkədə 591 min nəfərə yaxın insan iş yerini itirə bilər. Yüngül karantin nəzərdə tutulduğu müddətdə başa çatsa, 2021-ci ildə işsiz sayı daha 15 min nəfər arta bilər. Bu zaman ölkə iqtisadiyyatı ümumi daxili məhsulun 1 faizi həcmində itkiyə məruz qalacaq. Əgər karantin müddəti uzadılası olsa, iqtisadiyyat ÜDM-in 2 faizi həcmində kiçiləcək, işsiz sayı isə 180 min nəfər artacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30