Prezidentin xalqa yeni mesajları – dağıdılan bütün evlər yenidən tikiləcək

13.11.2020 - 09:42

Hökumət həyata keçirdiyi hər bir siyasətdə vətəndaşın rifahının və təhlükəsizliyinin prioritet olduğunu təsdiq edir

Azərbaycanda böyük bərpa prosesinin başlanğıcındayıq. Birinci mərhələdə yaradılmış xüsusi komissiya dəymiş ziyanı hesablayarkən, öncə sentyabrın 27-dən sonra erməni hərbi cinayətləri nəticəsində Gəncə, Bərdə, Tərtər də daxil olmaqla, bölgələrimizdəki dağıdılmış evlər, infrastruktur, sosial obyektlər bərpa olunacaq, vətəndaşların mülkiyyətinə, malına dəyən ziyan kompensasiya ediləcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə məcburi köçkünlərin doğma dədə-baba torpaqlarına qaytarılması barədə danışarkən bildirib ki, yeni tikilən evlər əvvəlkindən daha möhkəm, daha geniş olacaq: “Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək”.

Dövlət başçısı qeyd edib ki, vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək: “Yəni bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik”.

Bəs görəsən, böyük bərpa prosesi iqtisadi baxımdan nə vəd edir? Dövlətin sosial və infrastruktur istiqamətli xərclərinin artması iqtisadiyyatı və əmək bazarını necə canlandıracaq?

İşğaldan azad edilən kəndlərin adı açıqlandı - Open.az

İqtisadçı alim, deputat Vüqar Bayramov vurğuladı ki, komissiyanın apardığı qiymətləndirmə prosesi başa çatdıqdan sonra kompensasiya və təmir-bərpa işlərinə başlanılacaq: “Sentyabrın 27-dən sonra vətəndaşlarımıza, o cümlədən sahibkarlara dəyən ziyan dövlət tərəfindən tam  olaraq ödəniləcək. Bununla bağlı dövlət komissiyası yaradılıb, dövlət komissiyası dəymiş ziyanın qiymətləndirilməsini aparır. Güman olunur ki, bu proses başa çatdıqdan sonra dəymiş ziyanın kompensasiyası həyata keçiriləcək. Bu, humanist addımdır. Çünki nəticə etibarilə erməni işğalçılarının vurduğu ziyanın Azərbaycan hökuməti tərəfindən tam kompensasiyası həyata keçirilir. Bununla hökumət həyata keçirdiyi hər bir siyasətdə vətəndaşın rifahının və təhlükəsizliyinin prioritet olduğunu təsdiq edir. Pandemiya dövründə də Azərbaycan azsaylı ölkələrdən oldu ki, sosial layihələrin heç biri təxirə salınmadı”.

Vüqar Bayramov: "30 illik işğal dövründə Azərbaycana dəyən ziyanın da  qiymətləndirilməsi aparılacaq"

Vüqar Bayramov

Deputat vurğuladı ki, bölgələrdə təmir-bərpa, yenidənqurma işlərinə başlanılmasının iqtisadi təsirləri də var: “Çünki nəticə etibarilə Tərtərdə və digər başqa rayonlarda mülki vətəndaşlarımızın yaşadığı ərazilərə, evlərə, inzibati binalara, infrastruktura ciddi ziyan dəydiyini nəzərə alsaq, onların yenidən inşa edilməsi həm də daxili iqtisadiyyata sərmayə qoyuluşudur. Həmin inşaat işlərini özəl sektorun həyata keçirəcəyi gözlənilir. Tender vasitəsilə bu işlər özəl sektora veriləcək. İnvestisiya qoyuluşlarına sahibkarların cəlb edilməsi, onların vəsaitlə təmin edilməsi həm də yeni iş yerlərinin yaradılması baxımından vacibdir. İnfrastrukturun bərpası, evlərin inşa edilməsi, tikinti sektorunda yeni iş yerlərinin yaradılması deməkdir. Bu baxımdan iqtisadi əhəmiyyəti böyükdür. Ayyarım müddətdə erməni təxribatçılarının atəşi altında qalan rayon və kəndlərimizdə yeni iş yerlərinin yaradılması çox vacibdir”.

V.Bayramovun sözlərinə görə, bu işlər həm də yaxınlaşmaqda olan böyük bərpa prosesinin başlanğıcıdır: “Sentyabrın 27-dən sonra dəymiş ziyanın dövlət tərəfindən kompensasiya edilməsi, evlərin, infrastrukturun bərpası çox yaxın zamanda başlanacaq böyük bərpa prosesinin birinci mərhələsidir. Bu prosesdən öncə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı iş aparılır, müvafiq komissiya yaradılır. Təkcə sentyabrın 27-də sonra dəyən ziyan yox, işğal altında olan torpaqlarımıza ötən 30 il ərzində dəyən ziyan qiymətləndirilir. Bununla bağlı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsi və həmin məsələnin beynəlxalq məhkəməyə çıxarılması da nəzərdə tutulur. Sentyabrın 27-də sonra bölgələrimizə dəyən ziyan daha qısa zamanda kompensasiya olunacaq, bütövlükdə daha geniş anlamda Azərbaycanın işğal altındakı ərazilərinə son 30 ildə vurulan ziyan ayrıca qiymətləndiriləcək”.

Rusiya XİN: Qarabağ münaqişəsinin həllində güzəştin axtarılmasını  dəstəkləyirik

Təmas xəttində yaşayan əhali üçün fərqli güzəşt və sosial proqramların hazırlanmasına gəlincə, deputat vurğuladı ki, stimullaşdırıcı proqramların tətbiqi bu bölgələrdə turizm, sənaye və kənd təsərrüfatı sahəsində böyük uğurların qazanılmasına gətirib çıxara bilər: “Savaş bitdi və işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi başlanacaq. Bununla yanaşı, həm də orada sahibkarlığın inkişafı və eyni zamanda sərmayənin cəlb edilməsi prioritet məsələlərdən olacaq. Artıq müzakirələr başlayıb, bizim də bununla bağlı maraqlı təkliflərimiz var. Həmin bölgədə yaşayacaq vətəndaşlarımız üçün xüsusi güzəştlərin tətbiq edilməsi, stimullaşdırıcı tədbirlərin görülməsi çox vacibdir. Eyni zamanda təklif edirik ki, həmin ərazilərdə aşağı dərəcəli və güzəştli vergi rejimi tətbiq olunsun. Həmin ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara da faizsiz kreditlərin verilməsi məqsədəuyğun olardı. Yəni sahibkarın aldığı kreditə faiz hesablanmasın və əsas məbləğ uzun müddətdən sonra qaytarılsın ki, sahibkarlarımız həmin bölgədə investisiya qoyuluşu həyata keçirə bilsin. Həmin bölgələrin iqtisadi potensialı kifayət qədər böyükdür. Turizm potensialı, emaledici sənaye və kənd təsərrüfatı potensialı var. Ona görə də bərpa prosesindən sonra potensialdan istifadə ilə bağlı xüsusi proqram olacaq və bu stimullaşdırıcı proqram imkan verəcək ki, o bölgələrə daha çox sərmayənin yatırılması mümkün olsun”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157166

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30