“Fitch”: 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyəti nisbətən yaxşılaşacaq

10.12.2020 - 14:43

 

“Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyətinin COVID-19 pandemiyasının pik dövrü ilə müqayisədə yaxşılaşacağını, lakin tam bərpa ola bilməyəcəyini güman edir.

“APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, müxtəlif regionlarda xəstələnənlərin artan sayı və hava səyahəti məhdudiyyətləri sərnişin axınını ən azı 2021-ci ilin birinci yarısı boyu aşağı səviyyədə saxlayacaq. “Fitch” gələn ilin III rübündən başlayaraq yaxşılaşma proqnozlaşdırır və bu prosesin ilin sonunadək davam edəcəyini bildirir. Bundan əlavə, COVID-19-a qarşı peyvəndin kütləvi istifadəsi nikbin proqnozlar üçün güclü zəmin yaradır.

Agentlik qeyd edir ki, gələn il proqnozlaşdırılan irəliləyişə baxmayaraq, bir sıra nisbətən kiçik və kapitallaşması zəif olan aviaşirkəti müflisləşmə gözləyir.

Xatırladaq ki, bundan əvvəl “Fitch” qlobal hava sərnişin axınının 2024-cü ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcəyini ehtimal edirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158273

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930