Bankların manatla olan əmanətlərin faiz dərəcəsini endirməsinin səbəbləri

07.01.2021 - 10:40

Ekspert: “Əmanətçilər istər-istəməz gələcəkdə çalışacaqlar ki, pullarını bölsünlər”

Ötən ilin dekabr ayında Azərbaycanın 4 bankında əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə yerləşdirilən əmanətlərin faizlərinə yenidən baxıb.

Belə ki, bir il müddətinə milli valyutada qəbul edilən əmanətlərin illik faiz dərəcəsi “Accessbank”da 8-10%-dən 8-9%-ə, “Yapıkredibank Azərbaycan”da 5-6,5%-dən 4,5-5,5%-ə, bir il müddətinə Amerika valyutasında yerləşdirilən əmanətlərin illik gəlirliliyi isə “Accessbank”da 0,7-1,8%-dən 0,5-0,8%-ə, “Turanbank”da 0,5-0,75%-dən 0,75%-ə, “Yapıkredibank Azərbaycan”da 0,15-0,5%-dən 0,15-0,35%-ə, “Zıraatbank Azərbaycan”da isə 0,6-1%-dən 0,5-1%-ə dəyişdirilib.

Bəs görəsən, bankların manatla olan əmanət faizini azaltmasının, dolları isə artırmasının səbəbi nədir?

Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, ümumiyyətlə, son dövrlər bank sektorunda faiz dərəcələrinin aşağı salınması ilə bağlı istər parlament müzakirələri zamanı, istərsə də ictimai müzakirələrdə müxtəlif təkliflər verilir: “Çünki bank sektorunda faiz dərəcələrinin yüksək olması səbəblərindən biri də manatla olan əmanətlərdə, (istər cəlb olunan əmanətlər olsun, istərsə də hüquqi şəxslərin xarici borcalmaları olsun) faiz dərəcəsinin yüksək olmasıdır. Bu ən çox təsir göstərən amildir. O baxımdan banklar çalışır ki, özləri üçün faiz dərəcələrini aşağı salmaqla sahibkarlara təqdim etdikləri faiz dərəcələrini də aşağı endirməyə nail olsunlar. İkinci səbəb isə parlamentin ”Əmanətlərin sığortalanması haqqında” Qanuna etdiyi dəyişikliklər oldu. Burada  əmanətlərin tam sığortalanması ilə bağlı vaxtın aprelin 5-nə kimi verilməsi və bundan sonra, 2021-ci ildə sığortalanan əmanətlərin hissəsinin 100 min manatdan artıq olmaması ilə bağlı məhdudlaşdırılma var idi. Burada söhbət manatla olan əmanətlərdən gedir. Bu o deməkdir ki, əmanətçilər istər-istəməz gələcəkdə çalışacaqlar ki, pullarını bölsünlər. Məsələn, şəxsin bir milyon manat pulu varsa, onu yüz min və yüz minə bölərək müxtəlif banklara qoyacaq. Bu da banklara imkan yaradır ki,  konkret olaraq bir bankda əmanətlər birləşməyəcək, bir neçə bankda əmanət cəlb etmək imkanı qazanacaqlar. Həmin sığortalanan  məbləğin – 100 min manatın məhdudlaşdırılması istər-istəməz bankaların diktəsini də artıra bilir. Yəni artıq müştəri məcbur olacaq ki, müxtəlif banklara müraciət eləsin. Bankların aşağı faiz deməsi ehtimalı həm də bununla bağlıdır. Onlar bununla əmanətlərin  yerləşdirilməsinə nail olurlar.

Ruslan Atakişiyev: “Azərbaycan dayanıqlı iqtisadi inkişaf strategiyasını  gerçəkləşdirir”

Üçüncüsü, xarici valyuta ilə bağlı olan faiz dərəcələrinin artırılması da ondan irəli gəlir ki, ümumiyyətlə, banklar da görürlər ki, əhalidə olan əmanətlər, evdə saxlanılan pullar daha çox xarici valyutadır (dollar, avro şəklində). İnsanlar əvvəlki kimi pulu manatla saxlamırlar. Banklar bu səbəbdən də xarici valyuta olduğuna görə əmanətçiləri cəlb etməyə çalışırlar”.

Ekspert “Tarif Şurasının Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətində etdiyi dəyişiklik yenə də qarışıqlıq yaradacaqmı?

İnsanlar dollar bahalaşacaq deyib, yenə də  əmanətlərin dəyişdirilməsi ilə bağlı bankların qarşısında toplaşacaqlarmı” sualını da cavablandırıb:

“Hazırda benzin və dizelin qiyməti artsa da  insanlar  əvvəlki kimi bankların qarşısında toplaşmayacaq. Artıq əhalidə olan əmanətlər maksimum dərəcədə dollarlaşıb. Bundan sonra elə vəsait qalmayıb ki, pulun çevrilməsi hansısa təsirə gətirib çıxarsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031