Pekin və Brüsseldən Bakıya zəng: Azərbaycan qlobal proseslərə yön verir

03.06.2021 - 17:20

 

Pekin və Brüsseldən Bakıya zəng: Azərbaycan qlobal proseslərə yön verir

 

Post-pandemiya dövrü qlobal dəyişikliyi ilə özü ilə gətirir və Avrasiyada Çinin yeni qlobal güc olmaq istiqamətində intensiv addımları müşahidə olunur.

Pekindən başlayaraq, Londona qədər uzanan “Bir kəmər, bir yol” layihəsi bu qlobal dəyişikliyin karkası hesab oluna bilər. Layihə Avrasiyanın gələcəyini, həm də dünyanın yeni nizamanı formalaşdırır. Beynəlxlq ekspertlər artıq dünyanın təkqütblü olmadığını tezisini müdafiə edirlər.

Çoqütblü və dəyişən dünyada Azərbaycan qlobal proseslərin mərkəzinə çevrilib. Burada ölkəmizin Asiya ilə Avropanı birləşdirən coğrafi mövqeyi ilə yanaşı, Azərbaycan liderinin qlobal dəyişikliyi doğru oxuması və ölkəmizi Avrasiyanın habına çevirməsi strategiyası xüsusilə diqqət çəkir.

2019-cu ildə Prezzident İlham Əliyev Çində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etməsi Azərbaycan-Çin əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olduğu qədər, Azərbaycanın bu qlobal layihədəki əhəmiyyətli oyunçuya çevrilməsi ilə də nəticələndi. Qarabağ müharibəsi və 30 ildir mövcud olan işğala son qoyulması isə qlobal dəyişiklikdə ölkəmizin rolunu gücləndirdi.

“Bir kəmər, bir yol” layihəsinin quru marşrut üzrə üç əsas dəhlizi mövcuddur: Şimal, Cənub və Orta.

Şimal dəhlizində yerləşən Rusiyanın, eləcə də Cənub dəhlizində yerləşən İranın Qərblə kəskin münasibətləri daşımaların bu dəhlizlər üzərindən həyata keçirilməsini risk altına atır. Bu, Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə üzərindən Avropaya çıxan Orta dəhlizi aktuallaşdırdı. Qarabağ münaqişəninin həlli isə Orta dəhlizi daha da perspektivli etdi. Prezident İlham Əliyev müharibədən sonra regionda Altılıq platformasının yaradılması təklifini irəli sürməsi də Şimal və Cənub dəhlizlərinin Orta dəhlizlə Azərbaycanda birləşməsini özündə ehtiva edir. Bunun layihə və ökəmiz üçün önəmli tərəfləri var.

Birincisi, Şimal və Cənub dəhlizində daşımalara yarana biləcək risklər aradan qalxır. Şimal-Cənub beynəlxalq nəqliyyat və TRASEKA layihədi buna imkan verir.

İkincisi, Azərbaycan qlobal layihədə haba çevrildi.

Bu hab həm Çin, həm də Avropa üçün əhəmyyətlidir.

İyunun 2-də Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin arasında telefon söhbətinin olması bu kontekstdə diqqət çəkir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmas qurması ölkəmizin regionda lider olması və qlobal siyasətdə əhəmiyyətli rol oynamasından qaynaqlanır. Artıq dəyişən dünyada Azərbaycan açar ölkələrdən biridir.

Azərbaycan 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilib. Bu, Azərbaycanın dünyadakı siyasi və iqtisadi mövqelərini gücləndirən amildir.

Çin post-Covid dövründə yaranan yeni dünya nizamında aparıcı qlobal güclərdən birinə çevrilib. Qlobal gücün Azərbaycanıa əlaqələrin inkişafına bu qədər əhəmiyyət verməsi xüsusilə əhəmiyyətlidir.

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaxınlaşır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələrin qurulması, siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq inkişaf edən xətt üzrə davam edib.

Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildi və ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə yüksəldi. Bu gün Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərinə əsaslanır.

Prezident İlham Əliyevin ÇXR-ə 2015-ci il dekabrın 8-11-də dövlət səfəri, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün işgüzar səfəri də ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadı.

2019-ci ildə Çinə səfəri zamanı Si Cinpinlə görüşdə Çin rəhbərinin “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram” fikri də Prezident İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza ona olan inam və etimadın təzahürüdür..

Azərbaycan və Çin liderləri qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edir, iki ölkə beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycanın Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

ÇXR sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirləri də Azərbaycanın regionda və dünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir.

Çin Xalq Respublikası tərəfindən 2013-cü ildə irəli sürülən “Bir Kəmər Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib tərəfdaşdır. Bu təşəbbüsə ilk dəstək verən ölkələrdən biri kimi Azərbaycan ev tapşırığı olan layihələri reallaşdırıb: Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizi Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut yaradılır.

Bu layihələr bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına xidmət edir. Ermənstan da ağıllı siyasət yürüdəcəyi təqdirdə yeni yaradılacaq imkanlardan yararlana biləcək.

Azərbaycan Çin şirkətləri üçün açıq və şəffaf bazardır. Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirdi. Çin şirkətləri (Huawey) işğaldan azad olunmuş ərazilərin bərpasında da iştirak edir.

Ən əhəmiyyətli məqamlardan biri Si Cinpinin Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu açıqlamasıdır. Bu, Azərbaycanın keyfiyyətli məhsul ixracı potensialından xəbər verir. Böyük dövlət olan Çin də bu məhsulların idxalında maraqlıdır.

Çin və Azərbaycan qlobal bəla olan COVİD-19 pandemiyasına qarşı birgə mübarizə apardılar. Bu gün Azərbaycanda istifadə olunan vaksinlərin 99,99 faizi Çin istehsalıdır.

Çin lideri ilə eyni gündə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi digər qlobal mərkəzin ölkəmizə olan marağının təzahürü idi. Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir, Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Təsadüfi deyil ki, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür.

Avropa İttifaqı daim balanslı siyasəti ilə ədalətli mövqe sərgiləyib. 44 günlük müharibə dövründə də Aİ eyni xətti davam etdirdi. Yalnız Fransa ermənipərəst mövqeyi ilə seçildi. Bu ölkənin prezidenti Emmaneul Makron müharibə dövründə və sonrasında Ermənistanın işğalçılığına açıq dəstək verdi və bununla üzvü olduğu Aİ-nin, eləcə də öz ölkəsinin milli maraqlarının ziddinə getdi.

Aİ isə balanslı mövqeyini davam etdirir. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi də bunun bariz nümunəsidir. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Şərq Tərəfdaşlığı Proqramı, ikitərəfli saziş və s tərəfdaşlığın nəticələridir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi Prezident İlham Əliyevin çağırıına müsbət cavabdır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə bəyan etdi ki, “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.

Şarl Mişelin dedikləri Aİ-nin buna hazır olduğunu göstərir. Avropa İttifaqı münaqişələrin tənzimlənməsi və sülhün yaradılmasında, xüsusilə minadan təmizləmə sahəsində böyük təcrübəyə malik olması da Cənubi Qafqazda sülhə böyük töhfə verə biləcəyi deməkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələr mövcuddur, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə isə ölkəmizin Brüssel üçün əhəmiyyətindən xəbər verir.

Azərbaycan Çin və Avropa İttifaqını birləşdirən körpü rolunu oynayır. Hər iki qütbdən Bakıya edilən zənglər və Azərbaycanla işləməkdə maraqlı olmaları bunun nümunəsidir. Artıq Azərbaycanın gücü Cənubi Qafqın sərhədlərini aşır, qlobal proseslərdə həlledici aktora çevrilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930