Azərbaycanda bu yataqlar satışa çıxarılır – QİYMƏTLƏR

19.06.2021 - 09:34

 

Azərbaycanda bu yataqlar satışa çıxarılır - QİYMƏTLƏR

İyulun 20-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəng daşı yatağının istifadəyə verilməsi ilə bağlı hərrac təşkil edəcək.

Bu barədə ƏMDX-dan bildirilib.

Məlumata görə, “Qənərçay” yatağının 70 000 m2 sahəsi 5 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiymət 21 000 manat, beh məbləği isə 2 100 manat müəyyən edilib. “Dərəzarat” yatağının 50 000 m2 sahəsi isə 3 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiyməti 123 860 manat, beh məbləği isə 12 386 manat müəyyən olunub.

İddiaçılar iştirakla bağlı sənədləri 13 iyul, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930