Dollar 4 faizə yaxın dəyər qazanıb

14.07.2021 - 11:17

Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb.

ABŞ dollarındakı artımlarındakı yüksəlişin səbəblərini şərh edən iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, bu artım Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir.

“Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib”,-deyə iqtisadçı vurğulayıb.

Millət vəkili xatırladıb ki, dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb: “Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel Brent markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal sistemindəki bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165089

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930