“Anglo-Asian Mining” qızıl külçələrinin satışını 10 %-dək artırıb

14.07.2021 - 14:13

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ilk yarım ilində hasil edilən qızıldan istehsal edilən külçələrin satışından əldə edilən gəlirlərini açıqlayıb.

Şirkətin açıqladığı hesabata əsasən, şirkət bu ilin ilk yarım ilində 13 947 unsiya qızıl külçələrinin satışını həyata keçirib. 2020-ci ilin ilk yarım ilində şirkət tərəfindən istehsal etdiyi qızıl külçələrinin həcmi 12 743 unsiya təşkil edib ki, bu da illik müqayisədə 9,45 % çoxdur.

Bu ilin ilk yarım ilində satılan hər unsiya qızılın orta qiyməti 1 808 ABŞ dolları təşkil edib. 2020-ci ilin ilk yarım ilində bu rəqəm 1 713 ABŞ dolları olub ki, bu da illik müqayisədə 95 ABŞ dolları və ya 5,54 % çoxdur.

Şirkət 2021-ci il üzrə hasilat proqnozunu da açıqlayıb. Belə ki, bu il ərzində 48 000 – 54 000 nsiya arasında qızıl və 2 500 – 2 800 ton arasında mis istehsal etməyi nəzərdə tutur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165096

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930