Balakəndə Rövnəq Abdullayev rüzgarı

04.12.2014 - 23:53

balakenARDNŞ rəhbərinin kadrı kimi tanınan icra başçısı İslam Rzayev rayonu satışa çıxarıbARDNŞ rəhbərinin kadrı kimi tanınan icra başçısı İslam Rzayev rayonu satışa çıxarıb

Böyük Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşən Balakən
rayonunda sosial problemlər xirtdəyə çıxır desək, yəqin ki, yanılmarıq.
Rayonda hökm sürən məmur özbaşınalıqları əhali üçün əlavə problemlərin
yaranmasına səbəb olub. Yerli əhalinin şikayəti isə daha çox Balakən
rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdəndir. Qeyd edək ki,
İslam Rzayev əslən Göyçay rayonundandır. O 1988-ci ildə Leninqrad
Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə
bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində
böyük iqtisadçı kimi başlayıb, Azərbaycan Respublikasının Vergilər
Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov
rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə
rəisinin müavini işləyib. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş
mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək
Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini
işləyib. 18 may 2011-ci ildən isə Balakən Rayon İcra Hakimiyyətinin
başçısıdır.
İcra başçısının “vikipediya” saytında yerləşdirilmiş
tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması ilə bağlı heç bir məlumat
yoxdur. Rayondakı qaynaqlardan redaksiyamıza daxil olan məlumatlara
görə, İslam Rzayevin icra başçısı postuna keçməsindən sonra Balakəndə
sosial vəziyyət bir xeyli ağırlaşıb: “Köhnə başçının dövründən qalmış
problemlərin demək olar ki, heç biri həll edilməyib. Sakinlərin mavi
yanacaq, su və işıqla təminatı məsələsində ciddi problemlər mövcuddur.
Bu günlərdə rayona yağan güclü qar bir sıra fəsadlar törətdi. Bəzi ucqar
kəndlərdə bir həftədən artıqdır ki, işiq yoxdur. Balakənlilərin
problemlərindən biri də təbii qazın zəif olmasıdır. Daha doğrusu,
rayonun əksər yerlərinə qaz çəkilməyib. Camaat evi isitmək üçün
məcburdur ki, meşələrdən odun gətirsin. Bu da çox çətin işdir. Çünki
rayon meşələrinin əksəriyyəti qoruq elan edilib. Və burada ağac kəsmək
çox çətindir.
Əslində, Azərbaycanın çox meşələri qoruq elan edilib.
Ancaq bu qoruqlara diqqət yetirən yoxdur. Ağaclar bir yandan kəsilir.
Yalnız bir-iki meşədən ağac qırmağa icazə var ki, oradan da istifadə
etmək səlahiyyəti üç-dörd nəfərə verilib. Bu isə odunun qiymətinin
bahalaşmasına səbəb olub. Bir maşın odun almaq istəyən 350-400 manat
ödəməlidir. Maddi durumu zəif olan şəxslərin bu məbləği ödəməyə gücü
çatmır. Nəticədə sobaları odunsuz qalan ailələr isinmək üçün çör-çöp
yığmağa məhkumdurlar”.

Apardığımız
qısa araşdırmalar nəticəsində öyrəndik ki, İslam Rzayevin gəlişindən
sonra rayon ərazisindəki bəzi otlaq sahələri qanunsuz olaraq kəndlilərin
əlindən alınıb və varlı şəxslərə satılıb. Məsələn, rayonun Hənifə kənd
sakinləri xeyli müddətdir örüş yerlərinin əllərindən alınmasından
şikayətlənirlər. Şikayətçilər deyir ki, bu əsasən Balakən şəhər
ərazisinin genişləndirilməsi adı altında baş verir. Narazı sakinlərdən
olan Nazim Qazıyevin sözlərinə görə, söhbət 15 hektardan çox ərazidən
gedir. O, qeyd edir ki, şəhər bələdiyyəsi, Hənifə kəndinin icra
nümayəndəsi və yerli bələdiyyə əslində, həmin örüş sahələrini kəndə heç
bir aidiyyəti olmayan şəxslərə icarəyə verirlər: “O əraziyə yaxın
məsafədə şəhərin zibilxanası yerləşir. Əlavə olaraq kəndin örüş
sahəsindən, dövlət neft şirkəti on bir hektar torpaq alaraq orada göllər
inşa edəcək. Biz maraqlanmışıq, burada neft şirkətinin adından istifadə
edən bir sıra yüksək çinli məmurlar balıq yetişdirəcək. Burada əhalini
nəzərə almırlar. Kəndin örüş sahələrində yüksək postlarda təmsil olunan
məmurlara aid qoyun sürüləri otarılır. Əhaliyə mal-qoyununu ora
aparmamaq üçün bu və digər qaydada təzyiqlər edilir. Başçı söz verdi ki,
tədbir görəcək. Ancaq yenə qoyun sürüləri yaylaqdan həmin köhnə
yerlərinə qayıtdılar. Hənifə kəndinin iki küçəsindən 2 il əvvəl iki yüz
baş mal naxıra çıxırdı. Ancaq indi əhalini o, qədər sıxıblar ki,
getdikcə heyvanların sayı sürətlə azalır. İndi iki küçədə heç əlli baş
qara mal yoxdur”. Deyilənə görə, son dövrlər Balakəndə xeyli sayda balıq
vətəgələri salınıb və onların hamısı imkanlı şəxslərə məxsusdur. Hənifə
kəndində inşa ediləcək yeni balıqçılıq gölləri də onlardan biri olacaq.
Hazırda həmin ərazilərdə texnika çalışır. Sakinlərin bildirdiyinə görə,
balıqçılıq gölləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) prezidenti Rövnəq Abdullayev tərəfindən salınır: “Rayon Rövnəq
Abdullayevin kurasiyasındadır. Dövlət Neft Şirkəti tərəfindən son illər
Balakəndə İtitala kəndində məktəb binası və mədəniyyət evi inşa olunub.
Mədəniyyət və istirahət parkı, xəstəxana tikilib, ümumi smeta dəyəri 279
min manat olan simvolik “Qoşa qala” qapıları tikilib. Bundan başqa,
Balakənin Meydan deyilən ərazisindəki “Qubek” hoteli də Rövnəq
Abdullayevindir. 4 ulduzlu hotelin adı eyniadlı dağdan götürülüb. Əsasən
Dövlət Neft Şirkətinin işçilərinin istirahəti üçün nəzərdə tutulan bu
ünvanda rayona qonaq gələnlər də dincələ bilər. “Qubek”də təkcə otaq
götürmək üçün günə 70-80 manat ödəməlisən. Yemək sifariş vermək və başqa
istəklərinin həyata keçməsi üçün əlini təkrar cibinə salmalısan. ARDNŞ
prezidenti Rövnəq Abdullayevin işçiləri bu hoteldə ildə bir dəfə məcburi
istirahət edirlər. Onlar üçün 5 günlük istirahət 200 manatadır. Buna
şirkətin heç bir işçisi etiraz edə bilməz”. Onu da qeyd edək ki, İslam
Rzayev Rövnəq Abdullayevin kadrı kimi tanınır. İcra başçısı bu posta
gələnə qədər ARDNŞ-in Audit Departamentində rəis müavini işləyirdi.
Mövzu ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyinin də münasibətini öyrənə bilərik.rr

Məhəmmədəli Allahverdiyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=16806

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930