“Azərbaycan iqtisadiyyatına bölgə ölkələrinin marağı artır” – Mikayıl Cabbarov

23.12.2021 - 15:32

“Ölkə iqtisadiyyatına Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin investorlarının marağı əhəmiyyətli dərəcədə artır”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı həm regional, həm də qlobal iqtisadiyyata inteqrasiya olunub: “Biz investisiya mühitinin daimi yaxşılaşdırılması hədəfini qarşımıza məqsəd qoyuruq. Ərazilərimizin işğaldan azad edilməsindən sonra regionda yeni geoiqtisadi reallıq yaranıb. Azərbaycana əsasən Qərb, inkişaf etmiş ölkələr tərəfindən sərmayələr qoyulub. Lakin pandemiyanın gedişatı qloballaşmanı regionlaşma ilə əvəzlənmə meyillərini aydın şəkildə biruzə verir”.

M.Cabbarovun sözlərinə görə, bu, digər tərəfdən Azərbaycanın bu bölgədə olan dəyərinin artımının aydın şəkildə siqnalıdır: “Bunun bir neçə səbəbləri var, birincisi, ölkədə mövcud olan makroiqtisadi sabitliyin mövcud olması, milli valyuta məzənnəsinin dayanıqlı olmasıdır. Ölkənin investisiya mühitinə marağın artması dövlət tərəfindən illərlə infrastruktura qoyulan yatırımların nəticəsidir”.

“Demək istəmirik ki, biz investisiya mühitində olan bütün problemləri aradan qaldırmışıq. Bir neçə il əvvəl beynəlxalq hesabatlarda, tövsiyyələrdə, dövlət qurumlarımızın təhlillərində olan problemlər siyahısı ilə tanış olanda bugünkü problemlər siyahısından kifayət qədər əhəmiyyətli keyfiyyət fərqini görürük. Avropa Yenidənqurma və İnkişaf Bankının, Davos İqtisadi Forumun hesabatlarını nəzərdən keçirəndə görürürk ki, Azərbaycan nəinki üstün mövqeləri qoruyub saxlayır, biz hətta irəliləyirik. Bu proses daimi olmalıdır, çünki rəqabət heç bir zaman dayanmayacaq”,- nazir vurğulayıb.

Qeyd edək ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031