İşsizlik səviyyəsini 5-6 faizə qədər endirimişik- Prezident

18.05.2022 - 21:39

“Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

 

“Bizim ixrac potensialımız artır, həm beynəlxalq bazarlara qaz ixracının artmasına, həm də qeyri-enerji sahəsində islahatlara görə. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir. Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik. Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi – dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq. Yeri gəlmişkən, bu məsələ bizim bugünkü müzakirələrin mövzusu olmuşdur. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıqdan da danışdıq, xüsusilə də ölkələrimizin inkişaf ehtiyaclarına yönələn təhsil barəsində”, – deyə dövlət başçısı bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930