Bu sahələrə büdcədən pul ayrılacaq – SİYAHI

22.06.2022 - 12:47

Büdcəyə yenidən baxılma zamanı gəlirlər və xərclər hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin prioritet sahələrə yönəldilməsi nəzərdə tutulur.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində nəzərdə tutulub.

Hazırda Milli Məclisin plenar iclasında müzakirə olunan layihəyə əsasən, əlavə vəsaitin yönləndiriləcəyi sahələr aşağıdakılardır:

– İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi (1447,0 milyon manat);

– Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidənqurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi (34,0 milyon manat);

– Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi (588,0 milyon manat);

– Sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi (519,0 milyon manat);

-Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi (193,0 milyon manat);

– Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi (163,0 milyon manat);

– Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi (42,0 milyon manat)”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177366

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930