Gələn ilin dövlət büdcəsinin layihəsi MÜZAKİRƏ EDİLDİ

08.09.2022 - 20:35

2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı tapşırıqlar verilib.

 

Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən məlumata görə, sentyabrın 8-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tapşırıqlar, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri, büdcə qaydasının hədəfləri və əməliyyat hədəfi, ortamüddətli dövr üçün dəqiqləşmiş makroiqtisadi proqnoz göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

 

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib. 2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Short URL: https://www.cumhuriyyet.net/?p=181674

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728