Gələn ilin dövlət büdcəsində milli təhlükəsizlik xərcləri artırılır

05.12.2022 - 13:12

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır.

Cumhuriyyet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11 milyon 117 min 500 manat artırılaraq, 5 milyard 331 milyon 211 min 93 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5 milyard 320 milyon 93 min 593 manat təşkil edirdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375 milyon 354 min 411 manat olacaq. Əvvəl bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930