Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır -ARAŞDIRMA

29.03.2024 - 13:35

“1995-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən əmək pensiyaçılarının sayı 106 nəfər olduğu halda 2024-cü ildə 69 nəfərə düşüb”. Gununsesi.infonun xəbərinə görə, bunu araşdırmaçı jurnalist Allahverdi Aydın yazıb.

O, daha sonra əlavə edib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əzimkar fəaliyyəti” sahəsində Azərbaycan regionda nəinki Ermənistan və Gürcüstana, hətta Türkmənistana da həsəd aparmağa başlayıb. “Möhtəşəm” pensiya islahatlarınız sahəsində gəlib çıxdığımız mərhələ budur: Pensiya ödənişi müddətinə görə regionun autsayderinə çevrilmişik.

1995-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən əmək pensiyaçılarının sayı 106 nəfər olduğu halda 2024-cü ildə 69 nəfərə düşüb. 1995-ci ildə ölkə əhalisi 7,6 milyon nəfər, əmək pensiyaçılarının sayı 813 min nəfər olub. 30 ildən sonra – 2024-cü ildə ölkə əhalisi 10,2 milyon nəfərə yüksəlib, amma əmək pensiyaçılarının sayı 701 min nəfərə düşüb…

0

Short URL: https://www.cumhuriyyet.net/?p=199702

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31