Düyü yenidən bahalaşa bilər – VIDEO

19.05.2024 - 11:10

Növbəti aylarda düyü yenidən bahalaşa bilər. Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir:

“Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsir edir”.

Ekspert əlavə edib ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır. Bu ilin ilk üç ayında ölkəyə dəyəri 20 min dollardan çox, 20 min tona yaxın düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14%-ə yaxın azalma olsa da, məhsulun dəyəri 3,8 faiz artıb.

Ekspert qeyd edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.

Ətraflı süjetdə:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200422

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930