Moskva sanksiyalardan YAYINDI: gizli neft ticarətinin üstü açıldı

11.06.2024 - 12:18

ABŞ-ın sanksiyaları altında olan Rusiya tankeri “Primorye” gizli şəkildə nefti başqa gəmiyə ötürməklə sanksiyalardan yayınıb. KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, bu, Moskvanın Amerika məhdudiyyətlərinin effektivliyini pozmağa yönəlmiş yeni taktikasından xəbər verir. Aprel ayında gəmi Rusiyanın Qara dənizdəki Novorossiysk limanına gedib və oradan Urals nefti yükünü götürüb. Bundan sonra tanker təxminən 12 min km hərəkət edərək Sinqapurdan təxminən 100 km şərqdə yerləşən yerə gəlib.

Bundan sonra gəmi identifikasiya sistemindən itib. Peyk məlumatlarına görə, tankerdən yük başqa gəmiyə – “Ocean Hermana” ötürülüb. Yükün sonda Çin neft emalı zavodlarından birinə çatdırılması baş tutub. Ekspertlər hesab edir ki, ruslar eyni şeyi sanksiyalar altında olan digər tankerlərlə də edə bilər. Bildirilir ki, Rusiyanın digər gəmisi “Bratsk” artıq Primorye tankerinin marşrutu ilə gedir. O da sanksiyalar altındadır.

Short URL: https://www.cumhuriyyet.net/?p=201265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930