Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır

15.06.2024 - 11:55

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana 4 ölkədən pomidor idxal edib. Yeniavaz.com xəbər verir ki, yanvar-aprel aylarında ən çox pomidor Türkmənistandan gətirilib. 4 ay ərzində Türkmənistandan 548 ton pomidor idxal edilib. Türkmənistandan gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 56 sent (94 qəpik) olub.

Bundan başqa İrandan 206,52 ton, Türkiyədən 46,14 ton, Belarusdan isə 10,02 ton pomidor idxal edilib. İran və Türkiyədən gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri də 55 sent olub. Ancaq Belarusdan gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 3,2 dollar (5,4 manat) təşkil edib. Məlumat üçün bildirək ki, Azərbaycan pomidora olan daxili təlabatı yerli istehsal hesabına təmin edir və xarici ölklərə də böyük miqdarda pomidor ixrac edir. Belə ki, bu ilin ilk 4 ayında Azərbaycandan 52 min 175,3 ton pomidor ixrac olunub. Xaricə satılan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,4 dollar (2,3 manat) olub.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsi bu il xaricdən idxal olunan pomidorun pərakəndə satışını qeydə almayıb. 4 ölkədən idxal olunan pomidoru ölkəyə kimlərin gətirdiyi və hansı məqsədlə istifadə olunduğu barədə məlumat verilmir. Yerli istehsal olan pomidorların 1 kiloqramının orta pərakəndə satış qiyməti isə bu ilin ilk 4 ayı ərzində 2,1 – 2,5 manat arasında dəyişib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201425

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031