Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı – VİDEO

28.06.2024 - 11:35

Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə sayılı günlər qalır. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq. Bəs yeni qərarın tətbiqi nəqliyyat vasitələrinin qiymətinə necə təsir edəcək? Avtomobil satışı ilə məşğul olan Eldar Əliyevin sözlərinə görə, yeni tələblərlə əlaqədar taksiyə yararsız maşınların qiymətində enmə müşahidə olunur: “12-13 minə satılan maşının qiyməti indi yeddi-səkkiz min olub. Taksidən çıxan maşınlara rayon camaatı daha çox üstünlük verir”.

Bununla yanaşı, qiymətin aşağı olmasına görə, avtomobilini satmayan taksi sürücüləri də var. “Mənim maşınım taksi fəaliyyətinə uyğun deyil. Amma saxlayacağam, öz işlərim üçün sürəcəyəm. Çünki satmaq sərf etmir, alıcı yoxdur, qiymət çox aşağıdır. Maşınımın bazar qiyməti 12-13 mindir, amma yeddi-səkkiz minə yaxın duran yoxdur”, – deyə sürücü bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Short URL: https://www.cumhuriyyet.net/?p=201969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31