Qazaxda uşaq baxçaları üzərində Gülayə Həsənova kabusu: icra başçısı bacarmır?

29.05.2019 - 22:20

Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovdan yaddaş zəifliyi də yan keçmir. Dünən dediyi sözü bu gün asanlıqla unudur. Verdiyi sözə əməl etmir. Hər yerdə qadın müavinlər yol verdiyi nöqsanlara görə, dövlətin siyasi xəttini tapdaladığına görə işlərindən kənarlaşdırılsa da, Babaşov Qazaxın qadın müavini Gülayə Həsənovadan iki əlli yapışıb. Gülayə Həsənova isə qazaxda baxçaları öz biznesinə çevirməklə məşğuldur. Bildirək ki, bu günlərdə cumhuriyyet.az olaraq Qazaxda uşaq baxçaları ilə bağlı durumu əks etdirən yazı dərc etmişdik. “Qazaxda xanım müavinin baxça monopoliyası: Nələr baş verir?” başlıqlı yazıda Qazaxın uşaq bağçalarının böyüklərin yem mənbəyi kimi xidmət göstərirdiyini faktlarla qeyd etmişdik.
Qazaxdan rayon baxçaları ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Mənbənin sözlərinə görə, Qazax şəhər 3 saylı körpələr evi uşaq baxçasında qəribə hadisələr baş verir. Rayonda gəzən söz söhbətə görə bu müəssisənin rəhbəri icra başçısının xanım müavininə 8 min manat rüşvət verərək bu posta gəlib. Deyilənə görə, bu faktı müdirə Elnarə xanımın atası Vilayət bəy rayonda açıq şəkildə ifadə edib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bir müddət öncə bu baxçada azyaşlıların olduğu müəsisə üçün heç cür uyğun olmayan bir hadisə baş verib. Belə ki, həmin baxçaya əvvələr oranın mudurəsi olmuş Asya Alhüseynova qonaq dəvət edilib , baxçada usaqlarin gözü qarşısında əmməlli başlı məclis qurulub və iddiaya görə məclisdə pivə kimi içki məhsulu da olub. Məclis zamanı uşaqların biri məclisdə iştirak edən Kəmalə muellimeni çağırıb, onunsa buna acığı tutub və uşağı fiziki olaraq cəzalandırıb. Mənbəmizin sözlərinə görə bütün bunlar valideynlərdən birinin gözü qarşısında baş verib.
Onu da bildirək ki, icra başçısının müavini G.Həsənovanın baxça rəhbəri təyin etdirməsi ilə bağlı bu yeganə fakt deyil. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə 5 saylı uşaq baxçasının müdirəsi Lamiyə xanım da məhz sözügedən müavinin sayəsində vəzifə alıb və bu gün demək olar ki, öz iş yerində olmur. Bütün bunların nəticəsidir ki,
Gülayə Həsənovanın baxçalarda saldığı düyünü yalnız özü aça bilir. Kiminsə balasını quçağına alıb şəkillər çəkdirmək uşağa olan qayğını əks etdirmir. İxstisası olamyan, kənddən gətirlmiş bacarıqsız kadrlarla baxça doludur. Babaşovun zamanında olan belə cılız kadrların fəaliyyəti heç bir icra başçılarının zamanında olamyıb. Babaşovun bir xasiyyəti də var ki, qərarını tez dəyişən adamdı. Bunu da Gülayə Həsənova dəyişdirə bilir.
Bu gün başçının gördüyü işlər baxçalarla ölçülür deyənlər onu da redaksiyamıza bildirirlər ki, Qazaxdakı baxçalarda artıq özbaşınalıqdır. Məsələın, 3 saylı körpər evi-uşaq baxçasında, 6 saylı və 4 saylı baxçalarda vur-sındırdı.
Şəhərin 3 saylı baxçasında verilən məlumata görə, bu günlərdə müəllimə Təranə Hacıyevanı 1 günlük əvəzləyən həmin baxçanın müəlliməsi Kəmalə Sanıyeva uşağı tualetə getməməyin üstündə şillələyib. Təsadüfən uşağının ağlamasını eşidən valideyin özünü baxçaya çatdırıb. Hay-haraydan sonra valideyn polisə şikayət etmək qərarına gəlib. Baxçanın müdirəsi Elnarə müəllimə dil tökərək valideynin şikayət etməsinə mane olub. Söhbət qadın müavinə çatdırılıb. O da bildirib ki, elə edəcəyəm ki, Babaşiv bilməsin. Onun başı qarışıqdı. Yas yerinə gedib. Kəmalə Sanıyeva isə bir neçə dəfə belə işlərinin üstündə çıxardılıb, ancaq yenə yerinə qaytarılıb. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, Sanıyevanın qızı həmin baxşçaya satdıq üçün “şmotka “ gətirir. Oranı alverxanaya döndərib. Gülməli də olsa, müəllimlər bxçada uşaqları indidən biznesə öyrədirlər. Onu da bildirirlər ki, başçı bu yaxınlarda Sabirabadda əmisinin yas yerində olanda 3 saylıda çıxardılan Asiya Alıhüseynova baxçaya gələrək tort qonaqlığı verib. Üstəlik həmin qonaqlıqda pivə içilməsini də söyləyənlər var.
Qazaxın 4 saylı baxçasında da möhkəm dava-dalaş olub. Orada işəyən Gülbəniz müəllimə ilə Zülfiyyə müəllimə körpələrin gözü qarşıəsında bir-biri ilə saçyolduaya çıxıblar. Baxçaya 2 dəfə təcili yardım gəlib. Müəllimələrdən biri Qazax Müalicə Diaqnostika mərkzinə aparılıb. Bir dedi-qodu da şəhərin 6 saylı baxçasındadır. “Püfü-püfü” ilə xadiməlikdən müdirliyə ucalan Xalidə Pənahova müəllimə və xadimələrlə yol getmir. “Babam mənə kopr dedi, gəlib-gedəni vur dedi” miaslı ilə baxçadakıların başına oyunlar açır. Burada da körpələrin, fidan balaların gözləri qabağında dava-dalaşlar, səs-küylər olur. Bu da Babaşovun qadın müavininə etibarından irəli gələn bir məsələdi. Bəs onda Babaşovun fəxrləndiyi baxçalarda belə hallar baş verirsə rayonda öyünüləsi nə işlər qaldı? Baxçalarda baş verən belə ağlagəlməz vəziyyət Gülayə Həsənovanın otağındaca ört-basdır edilir. Qazaxlılar Gülayə Həsənovanın başçını belə ovsunlamasına görə Qazaxda son günlər heç bir işin getmədiyini də dilə gətirirlər.
Babalısı onu deyənlərin boynuna, onu da bildirirlər ki, Babaşov hər ay baxçalardakı kadrların şəxsi işlərini yığır ki, dəyişiklik eləsin. Elə bil kişini şeytan aldadır, səhər yoxlanılan sənədlər yenə baxçalara qaytarılır. Bunu da heç cürə başa düşmək olmur. İş qalıb Allaha…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128636

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930