İslahatlara müqavimət göstərən deputat: İmamverdi İsmayılov

23.01.2020 - 08:26

Dövlət başçısı bütün sahələrdə islahatlara start verib. Ölkənin bütün sosial-iqtisadi, siyasi həyatını əhatə edən dərin, köklü islahatlar kursu “özünü buraxan” parlamentdən yan keçdimi? Bir çox namizədlər üzərində cumhuriyyet.az olaraq apardığımız təhlillər onu göstərir ki, parlament islahatına qarşı ciddi müqavimət var. Məsələn, deputat “seçiləcəyi” şübhə doğurmayan İmamverdi İsmayılovun növbəti dəfə bu dairədən namizəd olması Azərbaycan üçün olduqca mühüm olan belə bir situasiyada bir çox suallar yaradır. Axı nə baş verir? Uzun illər zəngilanlıların problemlərinin həllində zərrə qədər həlledici vintilə çevrilməyi bacarmayan İ.İsmayılova növbəti etimad nəyin göstəricisidir? İ.İsmayılovu YAP üçün keçilməz edən nədir? Yaxud hakim partiya narazılıqların daha çox olduğu məcburi köçkün rayonunun deputatını niyə dəyişmək istəmir? Daha gənc, intellektual, cibi ilə deyil, başı ilə düşünməyi bacaran şəxslər nə üçün bu dairədən namizəd göstərilmədi? Əvvəla, qeyd edək ki, İ.İsmayılov oliqarx-deputat statusunu almış bir şəxsdir, halbuki, o, indiyə qədər seçkilər zamanı gəlir deklorasiyasını təqdim etməyib. İ.İsmayılov! Oturduğu masada düyməni basıb “özünü buraxan”lardan biri də O oldu… Əslində bu o demək idi ki, yeni parlament formalaşdırın, biz layiq olmadıq, aparılan islahatlara uyğunlaşa bilmirik. Bəs bu, nə məntiqdir? Özünün uzun illərki deputatlıq fəaliyyətinin əleyhinə səs verib “özünü buraxan” bir adam islahatlarla layiq olmaq üçün bundan sonra sehrbazlıqmı edəcək? Bəlkə özünü “buraxıb tutduqca” qabiliyyət, savad, millilik daha da artmış olur?
Onun Adil Əliyev, Qənirə Paşayeva, Fəzail Ağamalı, Zahid Oruc kimi həmkarlarından fərqi budur ki, başı biznesdən açılmır. Digər deputatlar ən azı arabir seçicilərlə görüşür, onlara edilən müraciətlərdən bəzilərini həll etməyə çalışır. İmamverdi İsmayılovun isə üzünü görən olmayıb. İ.İsmayılov haqqında cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda da onun adının daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olduğunu gördük. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır. İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur. Bu isə heç şübhəsiz deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, adı qalmaqallı bir qətl işinə qarışmışdı. Belə ki, Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub. Yerli mediada yazılan digər bir iddiaya görə, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb. İddialara görə, deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyibmiş. Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular. Bununla belə, İsmayılov bu seçkilərdə də deputat olacağına əmindir. Bir müddət əvvəl isə deputat oğlunun direktoru şagirdlərin önündə döyməsi xəbəri ilə gündəmə gəlmişdi. Yəni, mətbuatda yayılan məlumatlar bunlardır, İ.İsmayılovun 3 illik fəaliyyəti qalmaqallarla əhatələnib.
Yayılan məlumatlarla bağlı hörmətli İ.İsmayılovun mövqeyini dərc etmək istəsək də, ona zəng çatmadı, fikirlərini işıqlandırmağa hazırıq

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141330

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930