Mahir Mirzəyevin 150 min dollarlıq maşını:Yardımlıda DTX-nı gözləyirlər

02.03.2020 - 08:34

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı müavini özünə dəyəri 150 min dollar olan avtomobil alıb. Bu barədə ölkə mediasında yer alan məlumata görə icra başçısının müavini Mahir Mirzəyev aldığı 99 MM 999 dövlət nömrə nişanlı, bahalı avtomobil öz adınadır. 150 min dollar maşına verən başçı müavini, 50 min manat isə nömrəyə xərclədiyi bildirilir. Maşını M.Mirzəyev özü idarə edir.Q Qeydedək ki, icra başçısı müavini Mahir Mirzəyevin vəzifə maaşı 600-800 manat arasında dəyişir. Bu Xatırladaqarada cumhuriyyet.az xatırladır ki, Mahir Mirzəyev, saxta MMC-lərdə, DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsənilməsində və digər qaranıq məqamlarda adı hallanan yerli məmurdur.Onun Yardımlıda və paytaxta çox sayda obyektləri, evləri və bir neçə malikanəsinin olduğu da bildirilir. Eyni zamanda Neftçala rayonunda bu gunlərdə aparılan və xeyli sayda vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatla bağlı cumhuriyyet.az-ın elektron poştuna maraqlı məlumatlar daxil olub. Məktub müəllifi həbs edilən icra başçısının Yardımlı rayonuna 2006-2012-cı illərdə rəhbərlik etmiş Xəzər Aslanovun qaynıolmasını və Yardimli rayonu icra hakimiyyətinin başçısının müavini Mahir Mirzeyevin Xəzər Aslanovun kadırı olmasını diqqətə çəkərək bildirir ki, hazirki Yardimli rayon icra hakimiyyetinin başçısı Ayaz Əsgərov cənabları ilə Mahir Mirzəyev cənabları tərəfindən rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir.  Eyni zamanda məktubda göstərilir ki, Nefcalanın icra başçısına rüşvət veren şəxsin biri Yardımlı rayon sakini Akif Teyubovdur: “Akif Teyubov kimdir bilirsinzmi? Yardimli rayonu üzrə tikintinin pularını Mahir Mirzəyev bu şəxsin əli ilə yeyir. Bütün vəsait Akif Teyubovun adina açılan şirkətlərə yönəldilib və oradan da mənimsənilir. Bu proses 2006 cı ildən, Xəzər Aslanov Yardımlıya rəhbərlik etdiyi vaxtdan bu günə kimi davam edir”.

Redaksiyanın elektron ünvanına göndərilən məktubda bildirilir ki, Yardimli rayonunda Mahir Mirzəyev rayona ayrilan dəftərxana xərci, abadliq xərci və Yardimli rayonu ucun ayrilan digəır xərcləırin hamisini öz müəssələrinə yönəldir, qarşılığında nazirliye faiz verir və qalan məbləği icra başçısıyla birlikdə qara yolarla talan edir. Məktub müəllifi cumhuriyyet.az-a yazır: “2019 cu il üçün ayrilan xərclərin hara xərcləndiyi və hara köçürüldüyünü araşdırsalar və buna ayani subut kifayət qədər faktlar ortaya çıxar. Bir sözlə, rayona ayrılan vəsait iki məmur yəni,  Mahir Mirzeyev və icra baçşısi Ayaz Əsgərov tərəfindən şəxsi hesaba yönəlir. Yardimli rayon məşğulluq üzrə nə işçilər var hamısı M. Mirzəyevlə Ayaz Əsgərovun qapisindan keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. DTX yoxlamalar aparsa M. Mirzəyevin kabinetində yüzlərlə kartın olduğun şahidi olarlar.  Ümumiyyətlə şikayət olan təqdirdə Mahir Mirzeyev deyir ki, gedin kimə istəyrisiz şikayət edin. Onun dediyinə görə, 2005-ci ildən belə işləyibmiş. Məşğulluğa təyin etdikləri müdir elə məhz onların sifarişini yerinə yertirir. Təyin olunan Fikrət müəllim, bir başa M. Mirəzyevin pul yığnıdır. Mart –Aprel ayı gələn kimi güya özlərini Kənd Təsərufari Nazirliyi yaninda yaxşı etmək üçün 29 Ərazi nümayəndəliyinin işçilərindən tütün əkilməsi üçün bir aylıq mukafatlarin alacalar. Başa düşmürük, dövlət qulluqçuları nə üçün tütün əkməlidir?”.
Daha sonra məktub müəllifi rayon sakinləri adından aydiyati qurumlardan Yardimli rayon icra hakimiyyəti başçısı Ayaz Əsggərov və müavini Mahir Mirzeyev barəsində tədbir gormələrini istəyir. Məkub müəllifi cumhuriyyet.az vasitəsilə müraciət edir: “DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmek isreyirik ki, bu haqsizliga bu özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardimli rayon büdcəsi Mahir Mirzeyevlə Ayaz Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik. Həbs edilən Ismayıl Vəliyev, Mahir Mirzeyevin yaninda yalandır. .Görəsən Mahir Mirzəyev villalari, maşınları torpaq saheleri, fermalari, şirkətləri , 1800 azn əmək haqqı ilə etmək mumkundur?”
Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=143120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031