Generalların savaşı: Elçin Quliyev kolxozdan gələn gömrükçüyə qalib gəlir

11.06.2019 - 23:32

Dövlət Sərhəd Xidmətinin rəisi və Dövlət Gömrük Komitəsinin sədri yenidən gömrük-sərhəd buraxılış məntəqələrindən birində görüşüblər. Yenidən sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini müzakirə ediblər. Son dövrlərdə bu iki qurumun generalları bir neçə dəfə eyni məqsədlə müxtəlif gömrük-sərhəd buraxılış mətəqələrində görüşüblər. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, son zamanlar buraxılış məntəqələrində DGK tərəfindən müəyyən islahatlar aparılsa da, bəzi neqativ hallar aradan qaldırılaraq müsbət irəliləyişlər əldə olunsa da keçid prosesini sürətləndirmək mümkün olmayıb. Bu da DGK və DSX paralelçiliyi ilə bağlıdır.
Gömrük sistemi Sərhəd Xidmətinə uduzur
Artıq hamı bilir ki bu iki qurum arasında sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər bəzi hallarda hətta bu iki qurumun buraxılış məntəqələrindəki rəhbərləri arasında qarşıdruma səviyyəsinə gəlib çatıb. Əslində, bu ziddiyyətlər də qanunvericilikdəki boşluqlardan qaynaqlanır. Yenə də hər iki qurumun paralel yoxlamaları, hər iki qurumun eyni məlumatları paralel olaraq özəl informasiya sistemlərinə daxil etmələri davam edir. Məsələn bildirək ki, avtomobillərə həm DGK baxış keçirir, həm də DSX, pasport və avtomobilin tex pasport məlumatlarını müxtəlif informasiya sistemlərinə həm DGK daxil edir və həm də DSX. Hələ də bu iki qurum arasında informasiya sistemlərinin inteqrasiyası yoxdur. Yəni, sərhəd-buraxılış məntəqəsində, bir Pəncərə deyil, iki Pəncərə var. Fikrimcə, sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün qanunvericilik yenidən işlənməlidir. İndiki halda artıq məlumdur ki, mövcud hüquqi baza ilə keçid prosesinin sürətləndirilməsində bundan artığına nail olmaq mümkünsüzdür. Eyni zamanda cumhuriyyet.az hakimiyyət mətbəxinə yaxın mənbələrə istinadən bildirir ki, Sövlət Sərhəd Xidməti həm rəhbərliyin, həm də qurumun özünün üfuzu baxımdan Dövlət Gömrük Komitəsini xeyli şəkildə üstələyir. Bu isə müvcud ikitirəlikdə üstünlüyün general Elçin Quliyevin idarəçiliyinə veriləcəyi qənaətini yaradır. Bu arada cumhuriyyet.az olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda media üzərindən apardığımız araşdırmalarda da maraqlı məlumatlara rast gəldik.
Generalın kolxozdan başlayan fəaliyyəti
General-leytenant Səfər Mehdiyev 12 ildən artıq idi ki Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tuturdu. Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə, 2018-ci ilin fevralında isə Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunub.
Qaranlıq keçmış və ya Komitə necə işğal olunub?
Səfər Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər”. Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir, heç bir savadı yoxdur.
Kapital xəritəsi
Zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu böyük talandan sonra oradan kənarlaşdırdı. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə səbəb İlham Tarqluiyevin yol verdiyi böyük yeyintiləri olub: “Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir”. Həmin məlumatlarda bildirilir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir. Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…
Ət monopoliyasında bacanaq
Yeri gəlmişkən qeyd edək ki, S.Mehdiyev ölkədə monopoliyalarla bağlı əsas sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır. S.Mehdiyev haqqında səslənən iddialardan biri isə odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır. Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.
Başqa bir bacanaq da iş başında
S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında gəzir.
Görəvdən alınır?
Dövlət Gömrük Komitəsinin sədri postuna təyinat aldığı ilk günlərdən daha çox intriqabazlığı ilə diqqətə gələn və “dövlətin gömrük islahatları” adı altında özünün şəxsi maraqlarını yürüdən Səfər Mehdiyevv deyəsən, yolun sonuna gəlib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan informasiyada qeyd olunur ki, DGK sədri postunda ya dəyişiklik ediləcək, ya da qurumun birdəfəlik ləğv edilərək səlahiyyətlər Elçin Quliyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidməti və Mikayıl Cabbarovun rəhbərlik etdiyi Vergilər Nazirliyi arasında bölünəcək. Mənbənin söylədikıləri: “Hər iki versiya müzakirədədir. Səfər Mehdiyev ona həvalə olunan işin öhdəsindən gələ bilməyib. İndi hətta durumu daha da gərgin ola bilər. Çünki köhnə himayədarları da artıq onu müdafiə etmirlər”.
Qeyd edək ki, mənbə qərarın qısa müddətdə veriləcəyini bildirir. İddia olunanlarla bağlı DGK-dan hər hansı rəy ala bilməsək də, qarşı tərəfin münasibətini yaymağa hər an hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031